Bu xidmət, tələbənin mövcud təhsil sənədləri – orta məktəb attestatı və ya bakalavr diplomu əsasında növbəti təhsil pilləsinə imtahansız və ya sadə prosedurlarla qəbul olunmasını təmin edir. Xüsusilə imtahan vermək istəməyən və ya qəbul şərtlərini sadə şəkildə yerinə yetirmək istəyən namizədlər üçün idealdır. Bu prosesdə tələbənin sənədlərinin uyğunluğu yoxlanılır, təhsil alacağı ölkə və universitetlər diqqətlə seçilir, qəbul üçün lazım olan bütün sənədlər hazırlanaraq universitetlərə təqdim olunur. Hədəf, tələbənin əlavə imtahanlara girmədən, yalnız təhsil sənədləri ilə 100% qəbul almasını təmin etməkdir. Bu xidmət həm bakalavr, həm də magistr səviyyəsində təhsil almaq istəyənlər üçün keçərlidir.