Təhsil və ya iş təcrübəsinə əsaslanaraq universitet və ya təqaüd proqramları üçün tələb olunan akademik və peşəkar referans məktublarının hazırlanması bu xidmətin əsasını təşkil edir. Məktublar, tələbənin akademik göstəricilərini, şəxsi keyfiyyətlərini və ixtisasa uyğunluğunu ön plana çıxaracaq şəkildə peşəkar dildə yazılır. Eyni zamanda, referans verəcək şəxsin (müəllim, rəhbər və s.) adına uyğunlaşdırılmış nümunələr təqdim olunur və məktubların struktur, dil və üslub baxımından beynəlxalq tələblərə cavab verməsi təmin edilir. Bu, müraciətlərin daha güclü və inandırıcı görünməsinə kömək edir.