Təhsil xərclərini minimuma endirmək və maliyyə yükünü azaltmaq məqsədilə tələbələr üçün uyğun təqaüd proqramlarının araşdırılması və onlara müraciət bu xidmətin əsasını təşkil edir. Hər bir tələbənin akademik göstəriciləri, sosial fəaliyyəti, maliyyə durumu və təhsil planına uyğun olaraq yerli və beynəlxalq təqaüd imkanları müəyyən edilir. Təqaüd üçün tələb olunan sənədlərin – motivasiya məktubu, referanslar, CV və digər əlavələrin hazırlanması, müraciət platformalarında düzgün və vaxtında təqdim olunması peşəkar şəkildə həyata keçirilir. Bu dəstək, həm dövlət təqaüdləri, həm də universitet daxili endirimlər üçün keçərlidir. Məqsəd – tələbənin təhsilini mümkün qədər aşağı xərclə və yüksək imkanlarla reallaşdırmaqdır.