Xaricdə təhsil və ya sənəd tanınması prosesində tələb olunan apostil təsdiqi, sənədlərin beynəlxalq hüquqi qüvvəyə malik olmasını təmin edən vacib mərhələlərdən biridir. Bu xidmət çərçivəsində tələbənin diplom, attestat, doğum haqqında şəhadətnamə, evlilik haqqında arayış və digər müvafiq sənədlərinin apostil üçün uyğunluğunun yoxlanması və aidiyyəti dövlət orqanlarına təqdim olunması həyata keçirilir. Prosesin mürəkkəbliyi və zaman alması nəzərə alınaraq, sənədlərin düzgün hazırlanması, tərcüməsi və rəsmi təsdiqlərlə birlikdə tam şəkildə idarə olunur. Apostilli sənədlər, xaricdəki universitetlər, viza mərkəzləri və digər rəsmi qurumlar tərəfindən qəbul edilən hüquqi sənədlərdir. Məqsəd – tələbənin sənədlərinin problemsiz şəkildə qəbul olunmasına zəmanət verməkdir.