Xaricdə alınmış diplomların Azərbaycan Respublikasında rəsmi tanınması və nostrifikasiya prosesi, həmin sənədin yerli ali təhsil sistemi tərəfindən hüquqi qüvvəyə minməsi üçün həyata keçirilən mühüm addımdır. Bu xidmət çərçivəsində tələbənin təhsil aldığı ali məktəb, ixtisas və təhsil müddəti analiz edilir, tanınma üçün tələb olunan sənədlər toplanır, tərcümə və notarial təsdiqlər təşkil olunur. Eyni zamanda müraciət formalarının düzgün şəkildə doldurulması, Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) onlayn sistem vasitəsilə sənədlərin yüklənməsi və prosesin izlənməsi də peşəkar şəkildə təmin edilir. Məqsəd – tələbənin xarici ali təhsil diplomunun ölkədə rəsmi hüquqi status qazanmasına dəstək göstərmək və nostrifikasiya prosesini sürətləndirməkdir.